Zaqafqaziya Seymi

Zaqafqaziya Seymi
erm. Անդրկովկասի սեյմ
gürc. ამიერკავკასიის სეიმი
rus. Закавказский сейм
Ümumi məlumatlar
Növü Parlament
Ləğv olunma tarixi 26 may 1918
Əvvəlki orqan İlk dəfə yaradılıb
Sonrakı orqan Azərbaycan Milli Şurası
Erməni Milli Şurası
Gürcüstan Milli Şurası
İdarə heyəti
Sədr Nikolay Çxeidze, Gürcüstan Sosial Demokrat Partiyası
23 fevral 1918 - 26 may 1918 tarixindən
Quruluşu
Üzvlərin sayı 125
27 aprel 1920 üçün27 aprel 1920 üçün
siyasi partiyalar

Zaqafqaziya Seymi və ya Cənubi Qafqaz seymiZaqafqaziya Komissarlığı tərəfindən 23 fevral 1918-ci ildə Tiflis şəhərində toplanmış nümayəndəli qanunveridi dövlət orqanı. Seymin üzvləri Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə qələbə qazanmış, eləcə də digər siyasiy partiyaların nümayəndələri idilər. Seymin rəhbəri Gürcüstan Sosial Demokrat Partiyasının üzvü olan Nikolay Çxeidze idi.

1918-ci il martın 26-da Seym Zaqafqaziya Komissarlığının istefasını qəbul edərək Müvəqqəti Zaqafqaziya Hökumətini yaratdı. 22 apreldə isə Seymdə Zaqafqaziya Demokratik Federativ Respublikası adı altında müstəqil dövlətin yaradıldığı elan edildi. Bu dövlət may ayının sonlarında parçalandı və onun yerində Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları quruldu.[1][2] [3]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 454. ISBN 9952-417-44-4.
  2. Volkhonsky, 2004. səh. 156
  3. Shakhbazyan, 2004

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy